AVRONEST PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
07 fevral 2014 | 06:02   
Paylaşın:        

Milli Məclisin deputatları Ceyhun Osmanlı, Fuad Muradov, Asim Mollazadə, Gülçöhrə Məmmədova və Fərəc Quliyev Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün fevralın 9-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Qurumun Siyasi, Enerji və Sosial komitələrinin iclaslarında “2014-2020-ci illərdə Avropa qonşuluq siyasəti vasitəsilə Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı”na üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi”, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində enerji ehtiyatlarının səmərəli istifadəsi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın perspektivləri”, “Şərq tərəfdaşlığı” ölkələrində mədəniyyət və mədəniyyətlərarası dialoq” mövzuları ətrafında müzakirələr aparılacaq.
Səfər fevralın 15-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU