DEPUTATIMIZ ESTONİYA PARLAMENTİNDƏ GÖRÜŞLƏR KEÇİRƏCƏK

XƏBƏRLƏR
08 fevral 2014 | 02:02   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli fevralın 10-da Tallinə səfər edəcək.
Səfər zamanı komitə sədri Estoniya qanunvericilik orqanının fəaliyyəti ilə tanış olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə tərəflər parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi ilə bağlı fikirlərini bölüşəcəklər.
Səfər fevralın 12-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU