CƏNUBİ AFRİKADA AZƏRBAYCANLA BAĞLI TƏDBİR KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
14 fevral 2014 | 06:02   
Paylaşın:        

Milli Məclisin deputatları Tahir Rzayev, Fazil Mustafa və Azər Badamov “Azərbaycanın iqtisadi, sosial və mədəni aspektləri” mövzusunda  beynəlxalq konfransda iştirak etmək üçün fevralın 16-dan 24-dək  Cənubi Afrika Respublikasında səfərdə olacaqlar.
Yohannesburq şəhərində  keçiriləcək toplantıya dünyanın  müxtəlif yerlərində məskunlaşan  türk  toplumlarının  nümayəndələri  qatılacaq. Konfransda Azərbaycanda  real vəziyyət,  Avropanın enerji  təhlükəsizliyi siyasətində ölkəmizin rolu ilə bağlı  məsələlər  müzakirə  ediləcək.
Deputatlarımız  mövzu ilə əlaqədar  fikirlərini bölüşəcəklər.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU