QARDAŞ TÜRKİYƏDƏ XOCALI SOYQIRIMININ 22-ci İLDÖNÜMÜ GENİŞ QEYD EDİLƏCƏK

XƏBƏRLƏR
20 fevral 2014 | 09:02   
Paylaşın:        

Qardaş Türkiyədə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər hazırlanır. Paytaxt Ankaranın Keçiörən bələdiyyəsində, İstanbul şəhərində, Uşak bələdiyyəsində və digər bölgələrdə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidələrin açılış mərasimləri olacaq.
Milli Məclisin deputatları həmin tədbirlərdə yaxından iştirak edəcəklər. Bu məqsədlə Elman Məmmədov, Qənirə Paşayeva, Musa Qasımlı və Aqil Abbasov fevralın 18-dən 27-dək İstanbul şəhərində olacaq, nüfuzlu elm və təhsil ocaqlarında, bələdiyyələrdə, ictimai qurumlarda təşkil edilən anma mərasimlərinə qatılacaqlar.
***

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüstəm Xəlilov isə fevralın 24-dən 27-dək Ankarada səfərdə olacaqlar. Deputatlarımız tədbirlərdə Xocalı faciəsi barədə ətraflı məlumat verəcək, XX əsrin bu dəhşətli qətliamına dair sənədləri nümayiş etdirəcək, mövcud faktları bir daha Türkiyə ictimaiyyətinin nəzərinə çatdıracaqlar.

 

Milli Məclisin
Mətbuat xidməti 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU