PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
17 fevral 2014 | 05:02   
Paylaşın:        

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Asiya siyasi partiyalarının beynəlxalq konfransına qatılmaq üçün fevralın 18-dən 24-dək Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olacaq.
Deputatımız səhiyyə ilə bağlı məsələlərə həsr olunmuş tədbirdə  fikirlərini bildirəcək.
***
Fevralın 24-də Musa Quliyev Türkiyəyə səfərə yola düşəcək. Azərbaycan parlamentinin nümayəndəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İstanbulda keçiriləcək Audit və büdcə komissiyasının növbəti iclasında iştirak edəcək.
Səfər fevralın 26-da başa çatacaq.

 

 Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU