ALMANİYADA XOCALI FACİƏSİ ANILACAQ

XƏBƏRLƏR
20 fevral 2014 | 03:02   
Paylaşın:        

Milli Məclisin deputatı Azay Quliyev Almaniyada Xocalı  soyqırımının  22-ci ildönümünə  həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün  fevralın 20-dən 23-dək Berlin  şəhərində  səfərdə olacaq.
 Səfər  çərçivəsində  deputatımız  Almaniya Bundestaqında, Fridrix Ebert  və Konrad-Adenauer  fondlarında  görüşlər  keçirəcək,  Xocalı  faciəsi ilə bağlı  məlumat verəcək, həmçinin hər iki ölkə QHT-lərinin  əməkdaşlıq əlaqələrinin  daha da genişləndirilməsi, Prezident  yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  maliyyələşdirdiyi layihələrin  icra  vəziyyəti  ilə bağlı fikir  mübadiləsi  aparacaq.

* * *

Milli Məclisin  deputatları  Rövşən Rzayev və Musa Qasımlı da fevralın 20-dən 24-dək Azərbaycanın Almaniyadakı  səfirliyinin, həmçinin  bu ölkədə  fəaliyyət  göstərən türk və Azərbaycan diaspor qurumlarının  təşkilatçılığı ilə Köln  şəhərində keçirilən Xocalı  faciəsinə həsr olunmuş anma  mərasimlərində iştirak   edəcəklər.  Deputatlarımız Dağlıq Qarabağ  münaqişəsi, torpaqlarımızın işğalı və Xocalı  soyqırımı haqqında tədbir  iştirakçılarına  ətraflı məlumat  verəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU