MİLLİ MƏCLİSİN DEPUTATLARI ABŞ-da SƏFƏRDƏDİRLƏR

XƏBƏRLƏR
21 fevral 2012 | 05:02   
Paylaşın:        

Fevralın 21-də ABŞ-ın Missisipi ştatında “Türkiyə, Azərbaycan və Missisipi Biznes Forumu”, həmçinin  “Türkiyə, Azərbaycan və Missisipi dostluq görüşü” keçiriləcəkdir. Tədbirlərdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Asim Mollazadə iştirak edəcəklər.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Amerika, Türk və Azərbaycan xalqları arasında mövcud  münasibətlərin səviyyəsi, qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi imkanları, təhsil, mədəniyyət sahələrində təcrübə mübadiləsinin həyata keçirilməsi və digər mövzularda  müzakirələr aparılacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU