İSRAİLDƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ ANIM MƏRASİMİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
22 fevral 2014 | 11:02   
Paylaşın:        

Milli Məclisin deputatı Fuad Muradov Təl-Əvivdə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak etmək üçün fevralın 23-24-də İsraildə səfərdə olacaq.
Mərasim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində İsrail Dostluq Cəmiyyəti tərəfindən təşkil olunub.
Tədbirdə Xocalı faciəsi zamanı həlak olan insanların xatirəsi  anılacaq, orada törədilən vəhşiliklər haqqında həqiqətlər, bu dəhşətli hadisələrin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması istiqamətində dövlətimizin həyata keçirdiyi məqsədyönlü fəaliyyət  barədə məlumat veriləcək.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU