ALMANİYADA XOCALI FACİƏSİ ANILACAQ

XƏBƏRLƏR
25 fevral 2014 | 04:02   
Paylaşın:        

Milli Məclisin deputatları Rauf Əliyev, Siyavuş Novruzov və Xanlar Fətiyev Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 26-da Almaniyaya səfər edəcəklər.
Berlində Xocalı qətliamına etiraz olaraq “Almaniyada Azərbaycan Evi” tərəfindən təşkil olunmuş mitinqin keçirilməsi nəzərdə tutulur. Geniş ictimaiyyətin təmsilçilərinin qatılacağı aksiyada Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı hadisələri zamanı ermənilərin azərbaycanlılara qarşı yürütdüyü soyqırım siyasəti barədə ətraflı  məlumat veriləcək, Xocalı faciəsini əks etdirən müxtəlif materiallar nümayiş olunacaq, qətlə yetirilən soydaşlarımızın xatirəsi anılacaq.
Tədbirdə Xocalı soyqırımının dünyada tanıdılması, ayrı-ayrı ölkələrin qanunvericilik orqanlarında, beynəlxalq təşkilatlarda bu faciəyə layiqli qiymət verilməsi istiqamətində göstərilən səylərdən bəhs ediləcək.
Səfər martın 2-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU