AŞPA-NIN KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
26 fevral 2014 | 04:02   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və  parlamentlərarası əlaqələr  komitəsinin sədri, parlamentin Avropa Şurası Parlament  Assambleyasındakı daimi nümayəndə heyətinin  rəhbəri Səməd  Seyidov  və  deputat Elxan  Süleymanov qurumun Monitorinq  komitəsinin  iclasında  iştirak  etmək  üçün  fevralın 26-dan martın 1-dək  Maltada səfərdə  olacaqlar.
Komitə iclasında Albaniya tərəfindən qurum qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, bu ölkənin hazırkı durumu,  Makedoniya,  Monako və Bolqarıstanda aparılmış monitorinqin nəticələri barədə müzakirələr  aparılacaq. 
Deputatlarımız müzakirələrdə fəal iştirak  edəcək, öz fikirlərini bölüşəcəklər.
* * *
Milli  Məclisin Mədəniyyət  komitəsinin  sədr  müavini Rafael  Hüseynov və deputat Fazil Mustafa AŞPA-nın  Hüquqi  işlər   və insan  haqları komitəsinin iclasında  iştirak  etmək üçün martın  2-dən 4-dək Fransada  səfərdə olacaqlar.
Paris şəhərində keçiriləcək toplantıda uşaqların dini təriqətlərin aqressiv təsirindən qorunması, internetə çıxış hüquqları, Avropada demokratik  təsisatlar və  tüfeyli həyat  tərzi  keçirən insanların hüquqları, mütəşəkkil cinayətkarlıq  və terrorizmlə  mübarizədə şahid qismində iştirak edən şəxslərin  mühafizəsi  və digər  məsələlər  müzakirə  ediləcək.
* * *
Milli Məclisin  deputatı  Sahibə Qafarova  AŞPA-nın Bərabərlik  və qeyri-diskriminasiya  komitəsinin  iclasında  iştirak  etmək üçün martın  3-dən 6-dək  Avstriyaya  səfər  edəcək.
Vyana  şəhərində  keçiriləcək  toplantıda Avropada  insan  alveri ilə  mübarizə üsulları, cinsi azlıqlara qarşı diskriminasiyanın aradan  qaldırılması, onların  hazırkı  durumu  və hüquqları  barədə  fikir  mübadiləsi  aparılacaq.

 

Milli Məclisin
Mətbuat xidməti
 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU