TÜRKİYƏDƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ ABİDƏNIN AÇILIŞI OLACAQ

XƏBƏRLƏR
26 fevral 2014 | 04:02   
Paylaşın:        

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi  parlament  nümayəndə heyəti  Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 25-də Ankaraya yola düşmüşdür.
Nümayəndə heyətinə Milli Məclisin deputatları Mahir Aslanov və Kamilə Əliyeva daxildirlər.
Səfər çərçivəsində nümayəndə heyətimiz Türkiyənin Keçiörən bələdiyyəsində “Xocalı” abidəsinin və meydanın açılış mərasimində iştirak edəcəkdir. Tədbirlərdə Xocalı hadisələri zamanı ermənilərin azərbaycanlılara qarşı yürütdüyü soyqırım siyasəti barədə ətraflı  məlumat veriləcək, Xocalı faciəsini əks etdirən müxtəlif materiallar nümayiş olunacaq, qətlə yetirilən soydaşlarımızın xatirəsi anılacaqdır.
Səfər fevralın 28-də başa çatacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU