DEPUTATIMIZ İTALİYADA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
05 mart 2014 | 06:03   
Paylaşın:        

Milli Məclisin deputatı, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli martın 6-da İtaliyaya səfər edəcək.
Millət vəkili İtaliyanın Bormio şəhərinin Azərbaycanın Qax şəhəri ilə qardaşlaşma mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Azər Kərimli burada bir sıra görüşlər keçirəcək. Görüşlərdə ölkələrimiz, o cümlədən Bormio ilə Qax şəhərləri arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, iki ölkə xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər martın 11-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU