AŞPA-nın KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
07 mart 2014 | 09:03   
Paylaşın:        

Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin yığıncağında iştirak etmək üçün martın 9-da Fransanın paytaxtı Parisə səfər edəcək.
Tədbirdə təhsil sahəsində idarəçilik və keyfiyyətin artırılması, internetin səmərəli idarə olunması, kiberməkanda təhlükəsizliyin təminatı, çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri, televiziyada zorakılığın nümayişi və bunun uşaqlara mənfi təsiri barədə  məsələlər müzakirə ediləcək.
Səfər martın 13-də başa çatacaq.

*     *     *

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər komitəsinin iclasında iştirak etmək  üçün martın 10-da İsveçin Stokholm şəhərinə səfər edəcəklər.
Komitədə Avropada neomillətçilik və ksenofobiyanın təzahürləri ilə mübarizə, Federal Avropa uğrunda çağırışlar, Qırğızıstana AŞPA-nın demokratiya üzrə tərəfdaşı statusunun verilməsi və digər məsələlərə baxılacaq.
Səfər martın 13-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU