MOSKVADA BEYNƏLXALQ LAYİHƏNİN TƏQDİMATI OLACAQ

XƏBƏRLƏR
07 mart 2014 | 02:03   
Paylaşın:        

Milli Məclisin deputatı Mixail Zabelin “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihəsinin və layihə çərçivəsində hazırlanmış ilk kitabın təqdimat mərasimində iştirak etmək üçün martın 11-də Rusiyanın paytaxtı Moskvaya səfərə yola düşəcək.
STMEGİ xeyriyyə fondunun prezidenti German Zaxaryayevin  “Azərbaycanda etnomədəni müxtəliflik” adlı kitabının təqdimat mərasimi Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində keçiriləcək. Tədbirin təşkilatçıları Heydər Əliyev Fondu, Ümumrusiya Azərbaycan Konqresi, STMEGİ xeyriyyə fondu, Rusiya Elmlər Akademiyasıdır. Deputatımız Mixail Zabelin tədbirdə çıxış edərək Azərbaycandakı tolerantlıqdan, ölkəmizdə azsaylı xalqlara göstərilən qayğıdan danışacaq.
Səfər martın 13-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU