PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
07 mart 2014 | 03:03   
Paylaşın:        

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı  Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin sədri  Musa Quliyev komitənin 42-ci iclasında iştirak etmək üçün martın 10-da Albaniyanın Tirana şəhərinə yola düşəcəkdir.
Tədbirdə “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müasir tikinti və arxitekturasında yeni texnologiyaların tətbiqi” mövzusunda məruzə dinləniləcək, məruzə ətrafında geniş müzakirələr aparılacaqdır.
Səfər martın 12-də başa çatacaqdır.
*       *       *
Martın 11-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri üzrə daimi komissiyasının iclası keçiriləcəkdir. Tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev iştirak edəcəkdir.
İclasda Elektron hökumət haqqında, Turist fəaliyyəti haqqında, Könüllülük fəaliyyəti haqqında, Təhsil sistemində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi haqqında və digər model qanunların layihələri, həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunacaqdır.
Tədbir çərçivəsində martın 12-də Rusiya Federal Məclisinin Federal Şurası ilə birlikdə “Mədəni-tarixi və mənəvi dəyərlərin əsaslarının formalaşması” mövzusunda dəyirmi masa da keçiriləcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU