AŞPA-NIN KOMİTƏLƏRİNDƏ

XƏBƏRLƏR
11 mart 2014 | 05:03   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin sədr müavini Sevinc Fətəliyeva və Hüquq  siyasəti və dövlət  quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında  iştirak  etmək üçün  martın 12-dən 15-dək Fransada  səfərdə olacaqlar.
Deputatlarımız qurumun Paris  şəhərində  keçiriləcək  Sosial sağlamlıq və səhiyyə, həmçinin Miqrasiya, qaçqınlar və əhali  üzrə komitələrinin  iclaslarında iştirak  edəcəklər.
Toplantıda  Avropada  uşaq  səfalətinin aradan  qaldırılması, uşaqlara  qarşı  cinsi  zorakılıqla mübarizə,  sünnət  məsələsinə  dair  dinləmələr,  qadınlarda döş xərçəngi xəstəliyinin qarşısının alınması ilə bağlı  profilaktik tədbirlər, Avropada yeni qaçqın məskənlərinin salınması, onların işlə  təminatı, miqrant uşaqların problemləri və  digər  məsələlər müzakirə ediləcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU