DEPUTATLARIMIZ RUMINİYADA SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
14 mart 2014 | 04:03   
Paylaşın:        

Milli Məclisin deputatları - Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev və qrupun üzvü Musa Quliyev Rumıniya parlamentinin Azərbaycanla dostluq qrupu rəhbərinin dəvəti ilə martın 16-da Buxarestə səfər edəcəklər.
Səfər çərçivəsində millət vəkilləri Rumıniya parlamentinin fəaliyyəti ilə tanış olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, digər maraq doğuran məsələlər müzakirə olunacaq.
Səfər martın 19-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidmət


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU