NATO PARLAMENT ASSAMBLEYASININ 85-Cİ ROUZ-ROUT SEMİNARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
17 mart 2014 | 05:03   
Paylaşın:        

Martın 18-dən 20-dək  Bosniya və Herseqovinanın Sarayevo şəhərində NATO Parlament Assambleyasının 85-ci Rouz-Rout Seminarı keçiriləcəkdir. Tədbirdə Milli Məclisin deputatı Zahid Oruc iştirak edəcəkdir.
Seminarda Avropa İttifaqı və NATO-nun genişlənməsi, Bosniya və Herseqovinada, eləcə də Kosovada və Serbiyada cari siyasi vəziyyət, Cənub-Şərqi Avropada təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlıq, sərhəd idarəçiliyi, müdafiə sahəsində idarəçilik və inteqrasiya məsələlərinə baxılacaqdır.
Tədbirdə NATO və tərəfdaş ölkələrin deputatlarının, Bosniya və Herseqovinanın yüksək səviyyəli rəsmi şəxslərinin, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələrinin iştirakı gözlənilir.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU