TÜRKPA-nın TƏDBİRİNDƏ

XƏBƏRLƏR
04 aprel 2014 | 03:04   
Paylaşın:        

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və deputat Musa Quliyev aprelin 7-də Türkiyənin Ankara şəhərinə səfər edəcəklər.
Səfər çərçivəsində deputatlar TürkPA-ya üzv ölkələrin parlamentlərinin Sosial siyasət komitələrinin I toplantısında iştirak edəcəklər.
Tədbirdə millət vəkilləri ölkəmizdə sosial sahədə aparılan islahatlar, dövlət tərəfindən həyata keçirilən proqramlar,  parlamentdə bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə görülən işlər barədə məlumat verəcəklər. Yığıncaqda quruma üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri, təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Səfər aprelin 12-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU