QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ PARLAMENT ASSAMBLEYASINDA

XƏBƏRLƏR
07 aprel 2014 | 04:04   
Paylaşın:        

Aprelin  9-u və 10-da  Türkiyənin Antalya şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Mədəniyyət, təhsil və sosial məsələlər  Komitəsinin 42-ci iclası keçiriləcəkdir. Tədbirdə Milli Məclisin deputatları Asəf  Hacıyev və Jalə Əliyeva iştirak edəcəklər.
İclasda “Qara dəniz regionunda gənclər arasında işsizlik və məşğulluq siyasəti: gənc nəslin imkanlarının genişləndirilməsinin vacibliyi” mövzusunda məruzə dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaqdır.
Deputatlarımız tədbirdə çıxış edəcək, məsələ barədə fikirlərini bölüşəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU