KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İLƏ ƏLAQƏDAR KONFRANS KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
08 aprel 2014 | 12:04   
Paylaşın:        

Milli Məclisin deputatları, Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatının (GOPAC) Azərbaycan üzrə təmsilçiləri Çingiz Qənizadə və Zahid Oruc aprelin 9-da Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.
Millət vəkilləri “Parlamentarilərin, hakimlərin və prokurorların korrupsiyanın qarşısının alınmasında məhsuldarlığını artırmaq: iki ildə meydana çıxan cərəyanlara dair GRECO Qrupunun 4-cü dövr dəyərləndirmələri” mövzusunda konfransda iştirak edəcəklər.
Tədbir Beynəlxalq Antikorrupsiya Akademiyasının təşkilatçılığı ilə həyata keçirilir. Toplantıda Avropa Şurasının Korrupsiya Əleyhinə Dövlətlər Qrupuna (GRECO) üzv olan 47 ölkənin nümayəndələri iştirak edəcəklər. İştirakçılar korrupsiya hallarının aradan qaldırılması,  korrupsiyaya qarşı mübarizə ilə əlaqədar cəmiyyətin maarifləndirilməsi, bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi, bu istiqamətdə təcrübə və informasiya mübadiləsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər.
Səfər aprelin 12-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU