MDB Parlamentlərarası Assambleyasının iclaslarında

XƏBƏRLƏR
17 aprel 2014 | 05:04   
Paylaşın:        

Aprelin 17-dən 20-dək Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının, 40-cı plenar sessiyasının, daimi komissiyaların və Gənclər Parlamentlərarası Assambleyasının iclasları keçiriləcəkdir.
İclaslarda Milli Məclisin MDB Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Arif Rəhimzadə, Rasim Musabəyov, Rüfət Quliyev, İqbal Məmmədov, Adil Əliyev, Azər Badamov, Elton Məmmədov və Mirkazım Kazımov iştirak edəcəklər.
Tədbirlərdə MDB iştirakçısı olan dövlətlərin 2011-2013-cü illərdə təhlükəsizlik sahəsində dövlətlərarası proqramının həyata keçirilməsinin nəticələri və 2014-2018-ci illərdə mövcud proqramın icrası üçün qarşıda duran məsələlər müzakirə olunacaq, “Dövlət qulluqçularının ixtisasının yüksəldilməsi, yenidən hazırlanması və iş təcrübəsi haqqında”, “Ekoloji təmiz aqrar istehsal haqqında”, “Transsərhəd suların(su hövzələrinin) məqsədyönlü şəkildə istifadəsi haqqında”, “Ekoloji sığorta haqqında”, “Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi haqqında”, “Könüllülük (volontyorluq) haqqında”, “Gənclərin asudə vaxtının təşkili haqqında” və digər model qanun layihələri  barədə fikir mübadiləsi aparılacaqdır.
İclaslarda deputatlarımız çıxış edəcək, müzakirə olunan məsələlərə münasibətlərini bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU