“Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər” kitabının təqdimat mərasimi keçiriləcək

XƏBƏRLƏR
23 aprel 2014 | 05:04   
Paylaşın:        

Aprelin 25-də Belarusun Minsk şəhərində rus tarixçisi Stanislav Çernyavskinin “Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər” kitabının təqdimat mərasimi keçiriləcək. Tədbirdə Milli Məclisin komitə sədrləri Eldar İbrahimov və Əli Hüseynli iştirak edəcəklər.
Kitabda Azərbaycanın 2003-2013-cü illər ərzində keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursundan bəhs edilir. Əsər həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda maraqla qarşılanmış və bir sıra ölkələrdə onun təqdimat mərasimləri keçirilmişdir.
Təqdimat mərasimində Belarusun dövlət qurumlarının, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və yerli ictimaiyyətin nümayəndələri, KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri və tələbələr iştirak edəcəklər.
Kitab Azərbaycan həqiqətlərinin dünya ölkələrinin ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU