PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
25 aprel 2014 | 05:04   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Muxtar Babayev, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Yevda Abramov və Cavanşir Paşazadə aprelin 25-dən mayın 5-dək ABŞ-ın Vaşinqton şəhərində səfərdə olacaqlar.
Millət vəkilləri “Azərbaycan-ABŞ: Gələcəyə baxış” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər.
Tədbirdə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında müxtəlif sahələrdə əlaqələrin hazırki durumu və inkişaf perspektivləri, qarşılıqlı əməkdaşlıq sayəsində əldə edilmiş nailiyyətlər, ölkələrimizin beynəlxalq aləmdə tutduğu mövqe və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

*     *     *

Milli Məclisin deputatları Çingiz Qənizadə və İqbal Ağazadə Türkdilli Ölkələrin  Parlament  Assambleyasının  Hüquq  məsələləri  komissiyasının  3-cü iclasında iştirak etmək üçün aprelin 27-dən 28-dək Qazaxıstanın paytaxtı Astanada səfərdə olacaqlar.
İclasda “TürkPA-ya üzv ölkələrin qanunvericiliyin uyğunlaşdırılması sahəsində fəaliyyətləri” mövzusunda hesabat məruzəsi dinləniləcək, tövsiyə qərarı qəbul ediləcək. Yığıncaqda təşkilatın komissiyalarının yenidən qurulması, TürkPA Katibliyinin Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi, Hüquq məsələləri komissiyasının növbəti 4-cü toplantısının tarixi, yeri və gündəliyi ilə bağlı məsələlərə baxılacaq.
Səfər çərçivəsində Qazaxıstan Parlament Məclisinin Sədr müavini Serqey Dyaçenko ilə görüş nəzərdə tutulub.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU