MİLLİ MƏCLİSDƏ İSRAİLLİ GƏNCLƏRLƏ GÖRÜŞ

XƏBƏRLƏR
01 may 2014 | 04:05   
Paylaşın:        

Mayın 1-də Milli Məclis Sədrinin müavini Bahar Muradovanın İsrailin Beiteinu Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşü oldu.
Gənc  partiya  liderlərini parlament  rəhbərliyi  adından  salamlayan Bahar Muradova iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən söz açdı, Azərbaycanla İsrail arasındakı əlaqələrin tarixi köklərə söykəndiyini dedi. Qeyd  olundu ki, münasibətlərimizin belə yüksək səviyyədə olmasında xalqlarımızın rolu böyükdür. Çoxmillətli və çoxdinli  ölkəmizdə hamı müxtəlif xalqların nümayəndələri ilə dostluq şəraitində yaşayır. Tolerantlıq Azərbaycan xalqının xarakterik cəhəti və dövlətin başlıca siyasətidir. Bahar Muradova  onu da xüsusi vurğuladı ki,  Azərbaycan dövləti çoxmillətliliyi zənginlik hesab edir.
Vitse-spiker hər iki ölkənin partiya və icmaları arasındakı münasibətləri yüksək  dəyərləndirdi. O, Beiteinu Partiyasının Gənclər Birliyi ilə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi arasında birgə əməkdaşlığın gənclərimizin bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini bildirdi.
İsrail gənclərinin nümayəndəsi Rabin Kiril  Azərbaycanda keçirdikləri görüşlərdən məmnunluqla söhbət  açdı. İki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyən qonaq gənclər arasındakı əlaqələrin və birgə reallaşdırılacaq layihələrin münasibətlərimizin  gələcəyinə  müsbət töhfələr verəcəyini vurğuladı.  
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildi.


Milli Məclisin

Mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU