PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
08 may 2014 | 04:05   
Paylaşın:        

Milli Məclisin deputatları Rafael Hüseynov və Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Media üzrə alt komitəsinin iclasında və media məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün mayın 11-dən 14-dək İstanbulda  səfərdə olacaqlar.
İclasda media azadlığı və etika məsələlərində, həmçinin media şəffaflığı və internetin tənzimlənməsində parlamentlərin rolu, Avropada media azadlığının qorunması, internetdə kiberterrorizm və genişmiqyaslı həmlələrlə mübarizənin gücləndirilməsi və digər mövzularda müzakirələr aparılacaq.
Deputatlarımız iclasda çıxış edəcək, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcəklər.
*       *       *
Mayın 11-dən 14-dək Kiprin Nikosiya şəhərində Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və əhali üzrə komitəsinin iclası keçiriləcəkdir. Tədbirdə Milli Məclisin deputatları Rövşən Rzayev və Sevinc Fətəliyeva iştirak edəcəklər.
İclasda yeni Avropa sosial modeli, mediada zorakılıq, Avropa İnkişaf Bankının fəaliyyəti, iqlim dəyişikliyi ilə bağlı qlobal sazişə hazırlıq işləri və digər məsələlər müzakirə olunacaqdır.

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU