DEPUTATIMIZ RUSİYADA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏK

XƏBƏRLƏR
28 fevral 2012 | 02:02   
Paylaşın:        

Milli Məclisin deputatı Sabir Hacıyev fevralın 29-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək. Millət vəkili Avropa Şurası Parlament Assambleyasının xətti ilə martın 4-də burada  keçiriləcək prezident seçkilərini izləyəcək.
Səfər çərçivəsində Rusiyanın Mərkəzi Seçki Komissiyasının sədri, vətəndaş cəmiyyətinin təmsilçiləri, media nümayəndələri, habelə prezidentliyə namizədlərlə görüşlər nəzərdə tutulub.
Deputatımız seçki günü bir sıra məntəqələrdə olacaq, səsvermənin gedişini, elektoratın fəallığını müşahidə edəcək.
Səfər martın 5-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU