QDİƏT PARLAMENT MƏCLİSİNİN BAŞ ASSAMBLEYASININ İCLASINDA

XƏBƏRLƏR
08 may 2014 | 04:05   
Paylaşın:        

Milli Məclisin deputatları Asəf Hacıyev, Jalə Əliyeva, Mübariz Qurbanlı, Ayaz Orucov və Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 43-cü plenar iclasında iştirak etmək üçün Yunanıstanın paytaxtı Afinada səfərdə olacaqlar.
Plenar iclasdan öncə QDİƏT Parlament Məclisində nümayəndə heyətimizin rəhbəri Asəf Hacıyev mayın 10-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək milli nümayəndə heyətləri başçılarının görüşündə iştirak edəcək.
Mayın 13-də Afinada qurumun Baş Assambleyasının növbəti plenar iclası öz işinə başlayacaq. Tədbirdə QDİƏT regionunda yeni iş yerlərinin yaradılması, tikinti və memarlıqda müasir texnologiyaların tətbiqi, regional əməkdaşlığın genişləndirilməsində yerli özünüidarəetmənin rolu, məşğulluq siyasəti ilə bağlı məsələlər müzakirə olunacaq.
Toplantıda həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının,   Beynəlxalq Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə bağlı məlumatlar dinləniləcək, təşkilati məsələlərə baxılacaq.
Burada Assambleya Bürosunun və Daimi komitənin yığıncaqları da keçiriləcək.
Səfər mayın 15-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU