AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ MONİTORİNQ KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
14 may 2014 | 03:05   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  AŞPA-nın Monitorinq komitəsinin iclasında iştirak etmək üçün mayın 15-dən 18-dək Parisdə səfərdə olacaqdır.
İclasda Gürcüstan və Albaniya tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Ukrayna və Rusiyadakı son siyasi hadisələr, Makedoniya ilə monitorinq sonrası dialoq, AŞPA-nın monitorinq prosedurunun təkmilləşdirilməsi perspektivləri və digər mövzularda müzakirələr aparılacaqdır.
Səməd Seyidov iclasda çıxış edəcək, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU