MİLLİ MƏCLİSİN DEPUTATI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
15 may 2014 | 05:05   
Paylaşın:        

Mayın 16-da Tallində Baltik Assambleyasının təşkil etdiyi “Nəqliyyatın və infrastrukturun inkişafı” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Tədbirdə Milli Məclisin deputatı Əli Məsimli iştirak edəcəkdir.
Konfransda Baltik dəmiryolunun inkişaf dəhlizi, Regional yol infrastrukturu: mövcud, həmçinin gələcək şəbəkələr və nəqliyyat dəhlizləri, Baltik  dövlətləri arasında elektron imzaların sərhədlərdən kənar istifadəsi və digər mövzularda müzakirələr aparılacaqdır.
Deputatımız konfransda çıxış edəcək, qaldırılan məsələlərə münasibətini bildirəcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU