KÜVEYTDƏ AZƏRBAYCAN PREZİDENTİNƏ HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
16 may 2014 | 03:05   
Paylaşın:        

Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov mayın 18-dən 22-dək Küveyt  Dövlətində səfərdə olacaq.
Küveytin “Suad Əl-Sabah” nəşriyyat və yayım evində Azərbaycan  səfirliyinin təşəbbüsü ilə  deputat-yazıçının müəllifi olduğu “Görkəmli  adamların həyatı” silsiləsindən ərəb dilində çapdan çıxmış “İlham Əliyev - Bioqrafiya  davam edir…” adlı kitabının təqdimat  mərasimi  keçiriləcək.
Küveytin tanınmış ədəbiyyat və elm xadimlərinin qatılacağı tədbirdə millət  vəkili görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ulu öndərin layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü  uğurlu  dövlət  siyasəti, ölkədə həyata keçirilən islahat  və yeniliklər  barədə ətraflı məlumat verəcək, fikirlərini bölüşəcək.

 

Milli Məclisin

Mətbuat  xidməti
      

 

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU