Nisar Ahmad HARESS: “ƏFQANLAR NƏ TERRORÇUDUR, NƏ FUNDAMENTALİST, NƏ DƏ NARKOTİK DAŞIYICISI.”

XƏBƏRLƏR
19 may 2014 | 04:05   
Paylaşın:        

Mayın 19-da Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Milli Məclisinin nümayəndə heyəti ilə görüşdülər. Azərbaycan parlamentinin komitə sədri Əli Hüseynli qonaqları mehribanlıqla salamladı.
Görüşdə nümayəndə heyətinin rəhbəri, Əfqanıstan parlamentinin Yuxarı Palatasının Beynəlxalq əlaqələr komissiyasının rəisi Nisar Ahmad Haress ölkəsində hökm sürən ictimai-siyasi vəziyyətdən, 30 illik müharibə nəticəsində əfqan xalqının düçar olduğu müsibətlərdən söz açdı. Vurğuladı ki, əfqanlar nə terrorçudur, nə fundamentalist, nə də narkotik daşıyıcısı. Lakin kənar müdaxilə, bölgəyə yeridilən terrorçu qruplaşmalar Əfqanıstan hökumətinə böyük əngəl törədir. Bütün çətinliklərə baxmayaraq son 12 ildə parlament təsis olunub, əfqan qadınlar işləmək imkanı əldə edib. Hazırda Əfqanıstan parlamenti Kabildə konfrans keçirmək niyyətindədir və Azərbaycanın da onları dəstəkləməsini istəyir.
Sonra Əfqanıstan XİN-in Parlamentlə  əməkdaşlıq idarəsinin rəisi Baryalai Sabir Barya çıxış edərək bölgədəki problemlərdən söz açdı.
Gərəkli məlumatlara görə təşəkkürünü bildirən Əli Hüseynli qonaqları əmin etdi ki, öz haqqını qoruyan və ölkəsində əmin-amanlıq istəyən dost əfqan xalqının mənafeyi naminə başçılıq etdiyi komitənin üzvləri böyük məmnuniyyətlə Kabil konfransında iştirak edəcəklər.
Sonra görüşdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev və deputat Çingiz Qənizadə fikirlərini bölüşdülər.

 Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU