XOCALI FACİƏSİNİN QURBANLARI LATVİYADA VƏ ESTONİYADA YAD EDİLİB

XƏBƏRLƏR
28 fevral 2012 | 02:02   
Paylaşın:        

Milli Məclisin deputatları Sahibə Qafarova və Fuad Muradov Latviyanın Riqa və Estoniyanın Tallin şəhərlərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak ediblər.
Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş mərasimlərdə Xocalı faciəsinin tarixi, bu dəhşətli hadisənin acı nəticələri barədə məlumatlar geniş ictimaiyyətə çatdırılıb, qətliamın qurbanlarının əziz xatirəsi yad edilib.
Səfər fevralın 29-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU