MDB Parlamentlərarası Assambleyasının komissiyalarında

XƏBƏRLƏR
19 may 2014 | 05:05   
Paylaşın:        

Mayın 21-22-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları, İqtisadiyyat və maliyyə, həmçinin Hüquq məsələləri üzrə daimi komissiyalarının iclasları keçiriləcəkdir. İclaslarda Milli Məclisin Regional məsələlər komitəsinin sədri  Arif Rəhimzadə, deputatlar Hacı Salayev və Rüstəm Xəlilov iştirak edəcəklər.
Tədbirlərdə “Əmək ehtiyatlarının miqrasiyası haqqında”, “Fövqəladə hallarda beynəlxalq yardım üzrə əməkdaşlıq, tənzimləmə və ilkin bərpa işlərinin aparılmasına kömək göstərilməsi haqqında”, “Rəqabətin müdafiəsi haqqında”, “Auditor fəaliyyəti haqqında”, “Kontreyler daşımaları haqqında” və digər model qanun layihələri müzakirə olunacaqdır.
İclaslarda deputatlar çıxış edəcək, müzakirə olunan qanun layihələrinə münasibət bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU