MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
19 may 2014 | 06:05   
Paylaşın:        

Mayın 19-da Milli Məclis Sədrinin müavini Bahar Muradova  BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyanini qəbul etdi
Vitse-spiker qonağı Milli Məclisdə salamlayaraq Azərbaycanın BMT və onun bütün qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini bildirdi.  Bahar Muradova parlamentdə Füzuli rayonunu təmsil etdiyini, məcburi köçkünlərin vəziyyətinə yaxından bələd olduğunu dedi. O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günədək heç bir nəticə əldə edilmədiyini,  bu ərazilərin işğal altında qaldığını, insanların qaçqın və məcburi köçkün vəziyyətində yaşadıqlarını təəssüflə vurğuladı. Qeyd edildi ki, məcburi köçkünlərin insan hüquqlarının bərpa edilməsi ilə bağlı göstərilən səylər cavabsız qaldığından dünyada yeni qaçqınlar dalğası yaranır. Vitse-spiker  ümidvar olduğunu bildirdi ki, bu səfərin nəticəsi olaraq hazırlanan hesabata Azərbaycan haqqında yeni məlumatlar daxil ediləcək və bu məlumatlar BMT-nin bütün qurumlarına, o cümlədən Təhlükəsizlik Şurasına çatdırılacaq.
Bahar Muradova bildirdi ki, dövlətimiz, o cümlədən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ombudsman institutu tərəfindən məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasi ilə bağlı layihələr həyata keçirilir. Bütün bunlarla yanaşı, insanlar öz torpaqlarına qayıtmaq, orada məskunlaşmaq istəyirlər.
BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə etdi. Məcburi köçkünlərin vəziyyəti, onların hüquqlarının müdafiəsi  ilə bağlı məsələlərin həlli istiqamətində BMT-nin göstərdiyi səylər barədə danışdı. 
Görüşdə iştirak edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova çıxış edərək müzakirə olunan məsələyə öz münasibətlərini bildirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU