AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ PARLAMENTDƏ

XƏBƏRLƏR
20 may 2014 | 05:05   
Paylaşın:        

Mayın 20-də Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşdülər.
Görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  ölkəmizlə AŞPA arasındakı əməkdaşlığın tarixindən söz açdı. Quruma üzv olduğumuz 13 ildə münasibətlərin inkişafından danışdı. Cəmi bir neçə saat öncə Avropa Şurasının Baş katibi ilə Avropa Şurası-Azərbaycan birgə fəaliyyət planının imzalanması mərasimində iştirak etdiklərini bildirdi. Həmin sənədin qurumla əməkdaşlığımızın məntiqi davamı olduğunu dedi. Avropa dəyərlərinin ölkəmizdə, Azərbaycan dəyərlərinin isə Avropada yayılması üçün yeni sənədin mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Sonra Avropa Şurası Parlament Assambleyasının ölkəmizdə faktaraşdırıcı səfərdə olan həmməruzəçilərindən Pedro Aqramunt Font de Mora ikitərəfli əməkdaşlıqla bağlı fikirlərini bölüşdü. 

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU