AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ İLƏ GÖRÜŞ

XƏBƏRLƏR
20 may 2014 | 06:05   
Paylaşın:        

Mayın 20-də Milli Məclis sədrinin birinci müavini, Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının  Üzv  dövlətlər  tərəfindən öhdəliklərin yerinə yetirilməsi  üzrə komitəsinin  (Monitorinq komitəsi) həmməruzəçiləri  Pedro Aqramunt  və Cozef Debano Qrexlə görüşü oldu.
Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan Avropa Şurası ilə sıx əməkdaşlıq edir və ölkəmizin bu qurumun Nazirlər Komitəsinə sədrlik etməsi məsuliyyətimizi daha da artıracaq. Bildirdi ki, Azərbaycan Avropa Şurasının əsas dəyərləri olan qanunun aliliyi və hakimiyyət bölgüsü prinsiplərinə həmişə üstünlük verir. Vitse-spiker ölkəmizin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən danışdı.
Söhbət zamanı Ukraynada baş verən hadisələr, siyasi məhbus anlayışının müəyyən olunması və digər mövzularda fikir mübadiləsi aparıldı.
Sonra Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin həmməruzəçisi Pedro Aqramunt qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərini bölüşdü.

 

Milli Məclisin
Mətbuat xidməti  



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU