AŞPA-nın KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
23 may 2014 | 07:05   
Paylaşın:        

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov qurumun Hüquqi işlər və insan haqları Komitəsinin iclasında iştirak etmək üçün mayın 25-dən 29-dək Finlandiyanın paytaxtı Helsinkidə səfərdə olacaq.
İclasda “Avropa İnsan Haqları Məhkəməsinin səmərəliliyi və onun müstəqilliyinin gücləndirilməsi”, “Yerli monitorinq qurumlarının işgəncələrlə mübarizədə rolu”, “Məhkəmə sistemində rüşvətxorluğun qarşısının alınması və kökünün kəsilməsi”, “Avropada mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizədə mühüm vasitə olan şahidlərin qorunması” və digər mövzular diqqət mərkəzində olacaq. Məruzələr dinlənildikdən sonra ətraflı fikir mübadiləsi aparılacaq.
Deputatımız müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU