MİLLİ MƏCLİSİN DEPUTATLARI MDB PA-NIN KOMİSSİYA İCLASLARINDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
27 may 2014 | 04:05   
Paylaşın:        

Milli Məclisin deputatları Bəxtiyar Əliyev və Fəzail Ağamalı MDB Parlamentlərarası Assambleyasının Elm və təhsil, həmçinin Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyalarının iclaslarında iştirak etmək üçün mayın 27-dən 29-dək Sankt-Peterburqda səfərdə olacaqlar.
İclaslarda “Transsərhəd təhsil haqqında”, “İnklüziv təhsil haqqında”, “Regional siyasətin əsasları haqqında”, “Yerli hakimiyyət orqanlarının sərhədyanı əməkdaşlıqda iştirak qaydası haqqında” və digər model qanun layihələri müzakirəyə çıxarılacaqdır.
Milli Məclisin deputatları müzakirə olunacaq qanun layihələri barədə çıxış edəcək, qeyd və təkliflərini bildirəcəklər.


Milli Məclisin
Mətbuat xidməti
 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU