MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
29 fevral 2012 | 07:02   
Paylaşın:        

Fevralın 29-da Milli Məclisdə Pakistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Pakistan İslam Respublikası Senatının  sədr müavini Mir Can Camalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdülər.
Qrupun rəhbəri Əliağa Hüseynov qonaqları salamlayaraq onları parlamentdə görməyindən məmnun olduğunu bildirdi. Millət vəkili iki ölkənin dost və qardaş olduğunu qeyd edərək, bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu söylədi. Bu istiqamətdə parlamentlərin fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd etdi.
Səmimi qəbula görə təşəkkür edən Pakistan Senatının sədr müavini Mir Can Camali ölkəsinin Azərbaycanla əlaqələrə həmişə önəm verdiyini və bu münasibətlərin inkişafında maraqlı olduğunu vurğuladı. Hər iki dövlətin təcavüzə məruz qaldığını bildirərək ümumi problemin xalqlarımızı daha da yaxınlaşdırdığını söylədi. Qonaq Dağlıq Qarabağ ərazisinin Azərbaycan torpaqları olduğunu və Xocalı faciəsinin Pakistan Senatı tərəfindən tanındığını nəzərə çatdırdı.
 Mir Can Camali dövlətimizin neft-qaz emalı sahəsində böyük  uğurlarının olduğunu qeyd edərək, Azərbaycanın təcrübəsini bölüşəcəklərinə ümüdvar olduğunu bildirdi. 
Çıxış zamanı deputatlarımız Heydər Əliyev Fondunun Pakistanda gördüyü xeyriyyəçilik işlərini xatırladaraq, xalqlarımız arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu dediər.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU