AŞPA-nın KOMİTƏLƏRİNDƏ

XƏBƏRLƏR
30 may 2014 | 05:05   
Paylaşın:        

Milli Məclisin deputatları Sahibə Qafarova və Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyası komitələrinin iclaslarında iştirak etmək üçün Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar.
Millət vəkili Sahibə Qafarova qurumun iyunun 2-də keçiriləcək Gender bərabərliyi komitəsinin toplantısında iştirak edəcək. Tədbirdə ərəb inqilablarından sonra yaranan demokratiyalarda qadınların vəziyyəti, Avropada dini zəmində diskriminasiyanın aradan qaldırılması, qadınlara qarşı zorakılıqla mübarizə, fiziki çatışmazlığı olan insanların hüquqlarının təmin edilməsi məsələləri müzakirə olunacaq.
Deputat Rafael Hüseynov iyunun 4-də keçiriləcək Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasına qatılacaq, “Etiqad azadlığı və dini praktika” mövzusunda məruzə ilə çıxış edəcək. Yığıncaqda həmçinin mədəniyyətlərarası dialoqun təşviqi, qarışıq mədəniyyətlər dönəmində kitabxanalar və muzeylər, böhran və böhrandan sonrakı durumlarda mədəniyyətin mühafizəsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU