PARİSDƏ QADINLARIN QLOBAL SAMMİTİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
03 iyun 2014 | 06:06   
Paylaşın:        

Milli Məclisin deputatı Qənirə Paşayeva Qadınların Qlobal Sammitində iştirak etmək üçün iyunun 4-də Fransanın paytaxtı Parisə səfər edəcək.
Tədbir “İqtisadiyyatın və cəmiyyətin yeniləşməsində qadınların  rolu” mövzusuna həsr olunub. Yığıncaqda qadınların ölkənin ictimai-siyasi həyatında iştirakı, idarəetmə sahəsində fəaliyyət imkanlarının genişləndirilməsi, onların yaşayış şəraitinin, rifah halının yaxşılaşdırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Toplantıda İspaniya, Polşa, Çin, Vyetnam, Cənubi Afrika və bir çox digər ölkələrin nümayəndələri də iştirak edəcəklər.
Səfər iyunun 7-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU