MİLLİ MƏCLİSİN DEPUTATI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
07 iyun 2014 | 12:06   
Paylaşın:        

Milli Məclisin deputatı Bəxtiyar Əliyev “Qırğızıstanda korrupsiya ilə mübarizədə dövlət siyasətinin həyata keçirilməsində parlamentin rolu” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün iyunun 8-də Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər edəcək.
Tədbirdə Qırğızıstanın Prezidenti A.Atambayev, ölkə parlamentinin sədri A.Jeenbekov, Parlamentarilərin Korrupsiyaya Qarşı Beynəlxalq Təşkilatının (GOPAC) icraçı direktoru A.Maxaraji   və bir sıra digər beynəlxalq qurumların rəsmiləri də iştirak edəcəklər.
Konfransda dövlət idarəçiliyində korrupsiyaya qarşı mübarizədə parlamentin rolu, bu baxımdan Qırğızıstandakı durumun qiymətləndirilməsi,  bu istiqamətdə hüquqi bazanın təkmilləşdirilməsi,  korrupsiya əleyhinə institutların fəaliyyəti, mədən sənayesində  şəffaflığın təmin edilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər iyunun 11-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU