QADIN MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
13 iyun 2014 | 06:06   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova “Qadınların Cənubi və Şərqi Aralıq Dənizi hövzəsi ölkələrinin siyasi həyatında iştirakı” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün iyunun 14-də  Mərakeş Krallığının paytaxtı Rabat şəhərinə səfər edəcək.
Tədbirdə gender bərabərliyi prinsipinin Konstitusiya islahatlarında nəzərə alınması, gender bərabərliyi mədəniyyətinin təbliğində medianın rolu, qadınların seçki prosesində iştirakının təşviqi, siyasi partiyaların fəaliyyətində  yaxından təmsil olunması, onlara sosial və iqtisadi sahədə daha geniş imkanların yaradılması məsələləri ətrafında müzakirələr aparılacaq.
Millət vəkili müzakirə olunacaq məsələlərlə bağlı öz münasibətini bildirəcək, təkliflərini verəcək.
Səfər iyunun 19-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU