AŞPA-nın YAY SESSİYASI ÖZ İŞİNƏ BAŞLAYIR

XƏBƏRLƏR
24 iyun 2014 | 11:06   
Paylaşın:        

İyunun  23-dən 27-dək  Strasburqda  Avropa  Şurası  Parlament  Assambleyasının  yay  sessiyası  öz  işinə  başlayacaq.  Tədbirdə  iştirak  etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı  daimi numayəndə  heyətinin rəhbəri  Səməd Seyidov,  Hüquq  siyasəti  və dövlət  quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan  Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova,  Fəzail İbrahimli, Qənirə  Paşayeva, Sabir  Hacıyev, Aydın Abbasov, Çingiz Qənizadə  və Fazil Mustafa Fransaya  səfər  edəcəklər.
Qurumun sessiyasında Ukrayna və Makedoniyada keçirilən prezident  və parlament seçkilərinin nəticələri,  Qərbi  Səhra  münaqişəsinin  fəsadları ilə  bağlı Afrika  ölkələrində  vəziyyət, Avropada  miqrantların  durumu,  təşkilatda demokratik islahatların təşəkkülü, internet  və  onlayn mətbuatda məxfiliyin və şəxsi məlumatların mühafizəsi ilə  bağlı məsələlər  müzakirə  ediləcək.

 

Milli Məclisin
Mətbaut  xidməti

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU