ATƏT-İN BAKI OFİSİNİN NÜMAYƏNDƏSİ MİLLİ MƏCLİSDƏ OLDU

XƏBƏRLƏR
20 iyun 2014 | 09:06   
Paylaşın:        

İyunun 19-da Milli Məclis Sədrinin müavini Bahar Muradovanın ATƏT-in Bakıdakı layihə koordinatoru  Ələsgər  Şaxtaxtinski ilə görüşü oldu.
Qonağı salamlayan Bahar Muradova ona fəaliyyətində uğurlar  arzuladı, əslən azərbaycanlı olan bir insan kimi  onun ATƏT-Azərbaycan  əməkdaşlığına  layiqli töhfələr verəcəyinə inandığını bildirdi. Vitse-spiker sonra qonağa Milli Məclisin  fəaliyyəti, qanun  yaradıcılığı  prosesi  barədə  məlumat verdi. ATƏT-lə münasibətlərin inkişafı barədə danışan Bahar Muradova qurumda ölkəmizlə bağlı konkret layihələrin hazırlanmasından məmnunluğunu ifadə etdi, yeni layihələrdə parlament üzvlərinin həvəslə iştirak edəcəyini vurğuladı. Azərbaycan ATƏT-in bərabərhüquqlu üzvü olmaqla yanaşı təşkilatın dəyərlərinin regionda  bərqərar olmasının ən fəal təbliğatçısıdır. Qeyd  etdi ki,  bir  neçə gündən sonra Azərbaycan qurumla bağlı böyük bir tədbirə - ATƏT Parlament Assambleyasının 23-cü  illik sessiyasına ev  sahibliyi  edəcək. Toplantıya  hazırlıqlarla  bağlı  geniş məlumat verən  Milli Məclis  Sədrinin müavini qeyd etdi ki,  sessiyaya böyük maraq var, artıq quruma üzv olan ölkələrdən 370-dən artıq  parlamentari qeydiyyatdan keçib. Bahar Muradova  qurumun Bakıda  keçiriləcək sessiyasının açılış mərasimində ölkə Prezidenti İlham Əliyev və ATƏT-in  fəaliyyətdə olan sədri Didye Burkhalterin iştirak  edəcəyini  diqqətə çatdırdı.
ATƏT-in Bakıdakı layihə koordinatoru Ələsgər Şaxtaxtinski Azərbaycanın qurumdakı fəaliyyətini yüksək qiymətləndirdi, ölkədə  müşahidə  etdiyi demokratik inkişafdan və iqtisadi yüksəlişdən  məmnun olduğunu bildirdi. O, ATƏT PA-nın 23-cü sessiyasının Bakıda keçirilməsinin təşkilatdakı  fəaliyyətində uğurlu bir başlanğıc olduğunu dedi. Qonaq Milli Məclisin ATƏT-in Bakı ofisi ilə sıx əlaqələrinin mövcud olduğunu və bundan sonra  bu əlaqələrin daha da intensivləşməsi üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırdı. Sonra o, təşkilatda həyata  keçirilməsi planlaşdırılan  yeni layihələrdən söhbət  açdı. 
Görüşdə qarşılıqlı  maraq  doğuran  digər  məsələlər  müzakirə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU