MİLLİ MƏCLİSİN DEPUTATLARI RUSİYADA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR

XƏBƏRLƏR
01 mart 2012 | 03:03   
Paylaşın:        

Deputatlar Rusiya Federasiyasında keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün martın 2-dən  7-dək bu ölkədə səfərdə olacaqlar.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüstəm Xəlilov Rusiya Federasiyasının Sank-Peterburq şəhərində, millət vəkilləri Elton Məmmədov, Rüfət Quliyev və Mirkazım Kazımov Moskva şəhərində seçki prossesini müşahidə edəcəklər.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU