AŞ PA-NIN KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
02 mart 2012 | 06:03   
Paylaşın:        

Milli Məclisin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün martın 4-də Fransanın Paris şəhərinə yola düşəcək.
Qurumun Mədəniyyət, elm və təhsil komitəsinin toplantısında “Avropa milli parlamentlərində mədəniyyət və təhsil siyasəti”, “İnternet və onlayn media vasitəsi ilə məlumat alma azadlığının qorunması” mövzularında məruzələr dinləniləcək, ali təhsil sistemində idarəçilik, təhsil seçimi üzrə azadlıqlar, Avropa Şurasına üzv dövlətlərdə demokratik seçkilərin keçirilməsinə dair məruzəçilərin təyin olunması məsələləri müzakirə olunacaq.
Yığıncaqda millət vəkili Rafael Hüseynov Avropada ali təhsillə bağlı məruzə edəcək.
Hüquqi işlər və insan haqları üzrə komitənin iclasında siyasi mövqeyə görə hərəkət azadlığının məhdudlaşdırılmasının qəbul edilməzliyi, Ekstradisiya haqqında Avropa Konvensiyasına 4-cü əlavə Protokol haqqında, Şimali Qafqazda məcburi köçkünlərin vəziyyəti,  Mərakeş,  Fələstin, və Qırğızıstan parlamentləri üzrə məruzəçilərin təyin edilməsi barədə məsələlərə baxılacaq.
Səfər martın 13-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU