DEPUTATLARIMIZ TÜRKİYƏDƏ PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR

XƏBƏRLƏR
01 avqust 2014 | 04:08   
Paylaşın:        

 Milli Məclisin Aqrar siyasət komitəsinin  sədri Eldar  İbrahimov, Mədəniyyət  komitəsinin  sədri Nizami Cəfərov və deputat Sədaqət  Vəliyeva Türkdilli  Dövlətlərin  Parlament Assambleyasının (TürkPA) xətti ilə  ölkədə  keçirilən prezident  seçkilərini müşahidə etmək üçün avqustun 7-dən 13-dək  Türkiyəyə  səfər  edəcəklər.
Deputatlarımız ölkənin paytaxtı Ankara şəhərindəki bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə  hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar. 

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU