MİLLİ MƏCLİSİN DEPUTATI MACARISTANDA VƏ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
01 avqust 2014 | 05:08   
Paylaşın:        

Milli Məclisin deputatı Qənirə Paşayeva Macar-Turan Fondu tərəfindən keçiriləcək qurultayda iştirak etmək üçün avqustun 4-də Macarıstanın Buqas şəhərinə səfər edəcək.
Tədbirdə türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı və inteqrasiya proseslərinin sürətləndirilməsi məsələləri müzakirə olunacaq,  türk xalqlarının tarixi, mədəniyyəti, etnoqrafiyası, müasir dünyada yeri və rolu barədə məlumatlar dinləniləcək, türk dünyasının qədim adət və ənənələri, folklor nümunələri nümayiş etdiriləcək.
Sonra millət vəkili Qənirə Paşayeva Türkiyədə keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün avqustun 9-da Ankaraya yola düşəcək. Deputatımız Avropa Şurası Parlament Assambleyasının  xətti ilə bir sıra seçki məntəqələrində prosesin gedişini izləyəcək, təşkilati məsələlər, seçicilərin fəallığı ilə yaxından tanış olacaq.
Səfər avqustun 12-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU